Ağstafada şəhidlərimizin və qazilərimizin övladlarının iştirakı ilə “Qar sevinci” adlı musiqili-əyləncəli Yeni il şənliyi təşkil olunub.
"Unikal" xəbər verir ki, Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirində RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin və qazilərimizin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bayram şənliyini giriş sözü ilə açan Seymur Orucov hər kəsin Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və qarşıdan gələn yeni 2024-cü il münasibəti ilə təbrik edərək bildirib ki, şəhidlərimiz və qazilərimiz xalqımızın qürur mənbəyidir, həmçinin onların ailə üzvlərinin hər biri bizim üçün doğmadır, əzizdir. Uşaqların ən böyük himayədarı olan Ümummilli Lider Heydər Əliyevin onların sağlam, firəvan böyüməsi, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətini bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva layiqincə davam etdirirlər. Belə ki, uşaqların Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi, onların işıqlı gələcəyi, xoşbəxt və firəvan böyümələri üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər icra olunur.
Şaxta baba, qar qız və digər nağıl qəhrəmanlarının da iştirak etdikləri Yeni il şənliyində uşaqların ifasında şeirlər səsləndirilib, mahnılar oxunub, rəqslər olunub, müxtəlif rəngarəng əyləncəli proqramlar nümayiş etdirilib. Uşaqlara bayram hədiyyələri təqdim olunub.
Ağstafada Yeni il şənliyi keçirildi - FOTOLAR

16:54 30-12-2023
CƏMİYYƏT










Digər Xəbərlər
2025-02-25 09:42:48

2025-02-25 09:26:47

2025-02-25 09:13:41

2025-02-25 09:09:00

2025-02-25 09:00:17

2025-02-25 08:47:18

2025-02-25 01:25:18

2025-02-25 00:25:00

2025-02-24 23:43:14

2025-02-24 22:33:54

2025-02-24 22:27:23

2025-02-24 20:47:27

2025-02-24 19:42:45

2025-02-24 19:26:22

2025-02-24 18:47:26

2025-02-24 18:27:46

2025-02-24 18:13:21

2025-02-24 16:47:42

2025-02-24 16:32:11
