Polşa hərbçiləri Ukraynadan atılan raketin izlərini tapa bilməyiblər.

"Unikal" xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Departamentin məlumatına görə, 500-ə yaxın ərazi yoxlanılıb. Nəticədə yoxlama nəticəsiz başa çatıb.

“Lüblin bölgəsinin sakinlərinin təhlükəsizliyini təhdid edə biləcək heç bir şey tapılmadı. Ordunun fəaliyyəti başa çatıb və biz ərazidə daha heç bir yoxlama fəaliyyəti planlaşdırmırıq”, - deyə məlumatda bildirilir.

Bir gün əvvəl naməlum uçan obyekt Ukrayna istiqamətindən Polşaya atılıb. Sərhədi keçən andan siqnal yoxa çıxana qədər obyektin hava hücumundan müdafiə radarları vasitəsilə izləndiyi barədə məlumat ortaya çıxıb.

Nuranə Abbasova