Qəzza zolağında 84 gündə 106 jurnalist öldürülüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində daha bir jurnalist həlak olub.

Hücum zamanı Əl-Qüds telekanalının jurnalistinin öldürüldüyü bildirilir.

Oktyabrın 7-dən Qəzzada öldürülən jurnalistlərin sayı hazırda 106-ya çatıb.