Respublika Perinatal Mərkəzin həkimi Lor - Otolarinqoloq – Dr. Aliyə Mehralıyeva uşaqlarda və yenidoğulmuşlarda nitq və eşitmə pozğunluqları mövzusunda çıxış edib.

"Unikal" xəbər verir ki, həkimin xüsusən vurğuladığı məqam körpələrdə yaşa və aylara uyğun duyma və səs reflekslərinin olmasıdır. Digər diqqətçəkən məqam isə yenidoğulmuşlarda eşitmənin yoxlanılmasıdır.

Otoakustik emmisiya (OAE) müayinə metodu vasitəsilə Mərkəzimizdə həyata keçirilir. Prosedur zamanı xarici qulaq keçəcəyinə yerləşdirilən prob vasitəsilə koxleada yerləşən xarici tük hüceyrələrinin çalışıb – çalışmadığı müəyyən olunur. Yenidoğulmuşun müayinəsi anadan olduqdan 12 saat sonra aparılmalıdır. Qeysəriyyə əməliyyatı ilə doğulmuş uşaqların müayinəsinin daha gec aparmaq əlverişlidir.

Müayinə xarici səslər istisna olunmuş otaqda aparılır , lakin xüsusi səs izolyasiyalı otaq tələb olunmur. Müayinə uşaq yatan zaman qidalanmadan 30 – 40 dəqiqə sonra elastik , asanlıqla əyilə bilən zond ilə təchiz edilmiş cihaz vasitəsilə aparılır. Zondun üzərinə birdəfəlik qarmaq keçirilir və qulağa yerləşdirilir. Əks səda almaq üçün səs ilə stimulyasiya aparılır , əgər əks səda varsa cihazın ekranında müvafiq işarə göstərilir. Müayinə ağrısızdır və bir neçə dəqiqə ərzində aparılır. Körpə ağladıqda müayinəni aparmaq tövsiyə olunmur, həmçinin əmzikdən istifadə etdikdə müayinənin nəticələri yalnış ola bilər.