Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə güclü zəlzələlər nəticəsində İsikava prefekturasında azı 4 nəfər ölüb.

“Unikal” xəbər verir ki, bu barədə Kyodo agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

İsikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.

Bundan başqa sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İsikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.

xxx

17:56

Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində azı iki nəfər ölüb. Bu barədə Kyodo agentliyi məlumat yayıb .İşikava prefekturasının polisinə görə, iki nəfər dağılmış yaşayış binalarının dağıntıları altından "ürək və ağciyər tutulması vəziyyətində" çıxarılıb - Yaponiyada klinik ölüm belə adlanır. 

"Unikal" xəbər verir ki, bunlar 2024-cü ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə zəlzələlərin ilk qurbanlarıdır.

Son məlumatlara görə, Yaponiyada baş verən güclü zəlzələlər İşikava prefekturasında 30-dan çox taxta ev və yaşayış binasının dağılmasına səbəb olub. Bir neçə belə hadisədə bu evlərin sakinləri dağıntılar altında qalıb - xilasetmə xidmətləri yerində işləyir. 

15:53

Yaponiyada güclü zəlzələ nəticəsində içərisində adamlar olan ən azı 6 mənzilə ziyan dəyib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya hökumətindən bildirilib.

Məlumata görə, ölənlər və yaralananlar var. Amma onların sayı hələ məlum deyil.

***12:16

Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya mediası ölkənin müvafiq qurumlarına isinadla məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 16:10-da baş verib. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib. Dənizdə dalğanın hündürlüyünün 5 metrə çatacağı güman olunur. Sahil zonasından əhalinin təxliyəsinə başlanılıb.