2024-cü il yanvarın 1-nə olan məlumata görə, Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 514 uşaq həlak olub. Bu, yekun rəqəmlər deyil.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, müharibə zamanı 1172 uşaq müxtəlif xəsarət alıb.

Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir. Uşaqların ən çox Donetsk (498), Xarkov (306), Kiyev (129), Xerson (143), Nikolayev (97), Zaporojye (100), Çerniqov (72) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.