Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinin Çuqev şəhəri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) istehsal edən zavodu darmadağın edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

"Müəssisə vurulub", - hesabatda deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Odessa , Dnepr və Nikolayev vilayətindəki Konstantinovka yaxınlığındakı dörd yanacaq anbarı da vurulub. Bundan əlavə, 128 regionda Ukrayna Silahlı Qüvvələrinin atəş mövqelərindəki 94 artilleriya bölməsi, hərbi texnikası və canlı qüvvəsi zərər çəkib.

Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Rusiya ordusu “Storm Shadow” uzaqmənzilli qanadlı raketləri daşıyan təyyarələrlə Ukrayna aerodromlarına hava zərbəsi endirib.