Ukraynada müharibə qurbanı olan uşaqların sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, 1686-dan çox uşaq Ukraynadakı genişmiqyaslı müharibənin qurbanı olub.
Qeyd olunub ki, hərbi əməliyyatlar ucbatından 514 uşaq həlak olub, 1172-dən çox azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.