Türkiyə polisi İsrailə casusluq etməkdə şübhəli bilinən 33 nəfəri saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb.

Məlumata görə, əməliyyat 8 vilayətdə keçirilib, şübhəlilərin əksəriyyəti İstanbulda saxlanılıb.

Hazırda İstanbul prokurorluğu İsrail kəşfiyyat xidmətlərinin Türkiyədəki fəaliyyətini araşdırır. Yəhudi dövlətinə işləməkdə şübhəli bilinən 46 nəfərin saxlanılması üçün order verilib. Daha 13 nəfərin axtarışları davam edir.

Ağarza Elçinoğlu