"Əgər Əli Kərimli prezident seçkilərində iştirak etmək iddiasından əl çəkibsə, düzgün sayılmalıdır"
19:20 25-04-2013
CƏMİYYƏT
"Əgər Əli Kərimli prezident seçkilərində iştirak
etmək iddiasından əl çəkibsə, düzgün sayılmalıdır"
"Hesab edirəm ki, bu, Azərbaycanın ənənəvi müxalifətində təmsil olunan bir insanın reallıqdan, gerçəklikdən tamamilə kənar olan fikirləridir". Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov AXCP sədri Əli Kərimlinin prezident seçkiləri ilə bağlı fikrinə münasibət bildirərkən deyib.
"Əgər o, qarşıdan gələn prezident seçkilərində iştirak etmək iddiasından əl çəkibsə, mən belə hesab edirəm ki, bu, onun tərəfindən atılan düzgün addım sayılmalıdır. Yəqin ki, o, bütövlükdə real prosesləri dəyərləndirərək, o cümlədən Azərbaycan seçicilərinin ovqatını öyrənərək bu qənaətə gəlib, reallığın, həqiqətin ondan ibarət olduğunu bir daha dərk edib ki, Azərbaycan vətəndaşlarından kimsə onun prezident seçkilərində iştirakını nə dəstəkləmək fikrindədir, nə də o bu seçkilərdə iştirak edərsə, hər hansı ciddi bir səs toplaya biləcək. Ona görə də fikrindən dönüb, amma hadisələrin gələcək gedişini müşahidə edək, baxaq görək, hansı addımı atacaqlar", - Əhmədov bildirib.
Onun sözlərinə görə, həqiqət ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın bugünkü uğurlarının İlham Əliyevin adı ilə bağlı olduğunu etiraf etdikləri kimi, gələcək beş il ərzində də Azərbaycanın inkişaf perspektivlərini İlham Əliyevin adı, onun fəaliyyəti və prezidentliyi ilə əlaqələndirirlər.
"Bu, Azərbaycanın bugünkü ictimai-siyasi mənzərəsinin real təsviridir. Bunu Azərbaycanda nəinki siyasətçilər, istər müxalifətçi olsunlar, istərsə də müxalifətçi olmasınlar, eyni zamanda, vətəndaşlar da aydın şəkildə dərk edirlər. Bu, vətəndaş rəyidir, ictimai rəydir. Bu, seçkilər ərəfəsində Azərbaycanın ictimai-siyasi ovqatının həlledici məqamıdır. Əgər Əli Kərimli bunu dərk edibsə, hesab edirəm ki, o, həqiqətləri qiymətləndirmək duyğusunu hələ itirməyib", - Əhmədov qeyd edib.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22