Fələstinin "İslami Cihad" radikal qruplaşmasının lideri Ziyad Nahhale İsrailə məxsus pilotsuz təyyarənin Beyrutun cənub ətraflarında HƏMAS hərəkatının qərargahına raket zərbəsi endirməsi nəticəsində xəsarət almayıb.

"Unikal" xəbər verir ki, bu barədə LBC telekanalına bu qrupun üzvü İhsan Ətayya məlumat verib.

Onun sözlərinə görə, "İslami Cihad" lideri radikal HƏMAS hərəkatının rəhbərinin müavini Saleh əl-Arurinin sədrliyi ilə keçirilən Fələstin liderlərinin toplantısında iştirak etməyib.

"Ziyad Nahhale sağ-salamatdır, partlayış nəticəsində xəsarət almayıb", - deyə o bildirib.

Bundan əvvəl HƏMAS-ın Beyrutdakı bürosundakı mənbə TASS-a bildirib ki, əl-Aruri Beyrutda partlayış nəticəsində ölüb. Onun sözlərinə görə, binada olan daha üç fəal öldürülüb.