Nyu-Yorkda 1,7 bal gücündə zəlzələ baş verib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar Astoriya Kvins ərazisində qeydə alınıb.

Zəlzələnin episentri Astoriyadan beş kilometr məsafədə yerləşib.

Zəlzələnin bütün Nyu-York ərazisində hiss olunduğu bildirilir. İnsanlar təkanlardan təşvişə düşüblər. Sakinlərdən bəziləri partlayış səsləri eşitdiklərini bildiriblər. 

Hazırda həmin iddialar araşdırılır.