Sərdar Cəlaloğlu qubadlılardan üzr istədi
19:22 25-04-2013
CƏMİYYƏT
Sərdar Cəlaloğlu qubadlılardan üzr istədi
ADP sədri Sərdar Cəlaloğlu son günlər onun adından ölkə KİV-lərində yayılan müsahibələrin cəmiyyətdə birmənalı qarşılanmaması, düzgün anlaşılmaması və cəmiyyət üzvləri arasında yaranan narahatlıqlarla bağlı açıqlama verib.Qeyd edək ki, Sərdar Cəlaloğlunun Azərbaycanın xalq şairi Səməd Vurğun , daha sonra da Qaçaq Nəbinin həyat yoldaşı Həcər barədə bəzi fikirləri cəmiyyətdə təpki ilə qarşılanmışdı. Sonradan “Unikal”a açıqlamasında S.Cəlaloğlu hər iki məsələ ilə bağlı fikirlərinin təhrif olunduğunu deyib:-“ Mənim son vaxtlar Azərbaycan dövlətçiliyi və milli maraqları ilə bağlı fikir və ideyalarımı mətbuatda bəzi jurnalistlər tərəfindən bilərəkdən qərəzli, və ya bilməyərəkdən yanlış şərh etmişlər. Mənim fikirlərimin düzgün dərk edilməməsindən dərin təəssüf hissi keçirir və bu açıqlamalardan dolayı özünü təhqir olunmuş hesab edən hər bir vətəndaşdan, bu açıqlamaları tirajlamaqda jurnalist etikasını pozan mətbuat nümayəndələrinin və şəxsən öz adımdan üzrxahlıq edirəm”.
Digər Xəbərlər
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59
2024-11-22 11:53:03
2024-11-22 11:38:12
2024-11-22 11:24:00
2024-11-22 11:08:00
2024-11-22 10:39:39
2024-11-22 10:34:42
2024-11-22 09:47:56
2024-11-22 09:37:00
2024-11-22 09:12:46
2024-11-22 09:06:21