Sərdar Cəlaloğlu qubadlılardan üzr istəməlidir
19:24 25-04-2013
CƏMİYYƏT
Sərdar Cəlaloğlu qubadlılardan üzr istəməlidir
Asəf Rzayev: ”Sərdar Cəlaloğlu böyük səfv edib”
İmamverdi İsmayılov: ”Dünyasını dəyişmiş insanları təhqir etmək mənəviyyata sığmayan məsələdir”
Son zamanlar ADP sədri Sərdar Cəlaloğlunun tarixi şəxsiyyətlərlə bağlı səsləndirdiyi fikirlər ölkədə birmənalı qarşılanmır. Əvvəlcə xalq şairi Səməd Vurğunu təhqir edən (S.Cəlaloğlu S.Vurğun barəsində “dılğır” ifadəsi işlədib-red.) partiya sədri növbəti dəfə Qaçaq Nəbinin həyat yoldaşı olmuş Həcərin ünvanına kəskin fikirlər söyləyib. Bununla bərabər, S.Cəlaloğlu Qubadlı camaatını da hədəfə alaraq bildirib ki, onlar Həcər ruhunda olduqları üçün torpağını düşmən tapdağında qoyub qaçblar.
"Düzdür, Qaçaq Nəbinin xidmətləri olub, vuruşub. Ancaq Həcər o qadındır ki, Nəbi öləndən sonra bir neçə kişiyə ərə gedib. Bu qadını Azərbaycan xanımlarına necə nümunə göstərək? Onlar özlərinə qəhrəman obrazı seçmək istəyirlərsə, Sultan bəy kim adamı nümunə götürsünlər. Erməni ilə vuruşub, Andronikin qulağını kəsib. Yoxsa Həcər kimi nümunə yox. Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı"-deyə S.Cəlaloğlu bildirib.
Partiya sədrinin fikirlərinə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkili seçilmiş İmamverdi İsmayılov bu cür halların yolverilməz olduğunu vurğulayıb:
“Milli-mənəvi dəyərlərlə bağlı cəmiyyətdə ciddi deqradasiya gedir. Təəssüfləndirici haldır ki, bu cür məsələlərə siyasətçilər də mənfi qatlar əlavə edirlər. Halbuki onlar bunun əksini etməyə borcludurlar. Zamana uyğun olaraq hər bir insanın səhvi ola bilər. Amma hər bir şəxsə onun yaşadığı zamana uyğun qiymət vermək lazımdır. Bugünki prizmadan tarixi şəxslərə qiymət vermək, onları aşağılamaq kimsəyə şərəf, başucalığı gətirməyəcək. Dünyasını dəyişmiş insanları təhqir etmək mənəviyyata sığmayan məsələdir”.
“Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevin isə məsələyə münasibəti kəskin olub:-“Sərdar Cəlaloğlunun açıqlaması sadəcə bir təhqir və tərbiyyəsizlikdir. İşğal olunan bütün torpaqlarda minlərlə şəhid verilib , o cümlədən Qubadlıdanda. Bir partiya sədrinin böyük səfvlik edərək belə danışmasını heç bir qubadlılı, heç bir azərbaycanlı qəbul edə bilməz. Mən hesab edirəm ki, Sərdar Cəlaloğlu bu sözlərinə görə qubadlılardan və hər bir azərbaycanlıdan üzr istəməlidir. O, bir siyasətçi adına iddialıdırsa bilməlidir ki, Qubadlı şəhidlər verib, milli qəhramanları var və sabah savaş başlayarsa yenə ön sırada gedəcək mərd insanları var. Onun bu cür tərbiyyəsizlik etməsi başa düşülən deyil. Bundan başqa Sərdar Cəlaloğlu dünən Səməd Vurğunla bağlı dediyi təhqirlərə görə üzr istədi. Hesab edirəm ki, bir eli-obanı və insanlarını təhqir edən partiya sədri yanlışlığını düzəldərək üzr istəməlidir”.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22