Qlobal Pasport İndeksi 2024-cü il üçün dünyanın ən cəlbedici və rəqabətli pasportlarının reytinqini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Sıralamaya görə, ən güclü pasporta sahib olan ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Onunla 132 ölkəvə vizasız gedib-gəlmək mümkündür.

İndeksdə regionda lider Gürcüstandır. O, 96 yerdən 34-cü yerdə qərarlaşıb. Azərbaycan isə Ermənistanla birgə 61-ci yeri bölüşür.

Azərbaycan pasportu ilə 37 ölkəyə vizasız, 46 ölkəyə yerində viza ilə, 115 ölkəyə isə əvvəllər alınmış viza ilə səyahət etmək mümkündür. 

Ağarza Elçinoğlu