Ötən il nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan 2 013 nasaz nəqliyyat vasitəsi kameralar vasitəsilə aşkarlanıb.

Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, sıxlığın qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi təmin edilib.

NİİM Bakı yollarında sıxlığı azaltmaq, eləcə də yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işləri davam etdirir.