Mingəçevirdə maşın piyadanı vurub.

"Unikal"ın məlumatına görə "Hyundai" markalı avtomobil 1950-ci il təvəllüdlü piyada Abışova Raya Zülfiqar qızını vuraraq ona xəsarət yetirib.

Yaralı piyada ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov