Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

“İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, - deyə baş prokuror qeyd edib.

K.Əliyev bildirib ki, Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb: "Növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib. Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.