ABŞ səfirliyi Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - bildirilib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində hadisə yerində 4 körpənin meyiti aşkarlanıb, 60 nəfər təxliyə olunub.

***14:40

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",-bildirilib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.