“Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin bağlanması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Unikal" xəbər verir ki, bu barədə açıqlamasında “Adore Kompani” MMC-nin baş direktoru Nərmin İsmayılova bildirib.

O deyib ki, “Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyətini davam etməkdədir.

“Mətbuatda və sosial şəbəkələrdə “Sabina P və C MMC”nin ləğvi ilə əlaqədar yayılan xəbərlərə münasibətdə bildiririk ki, 2019-cu ildə “Adore Kompani” MMC tərəfindən “Sabina P və C” MMC-nin inventarını təşkil edən maddi və qeyri-maddi əmlak hüquqları “Adore Kompani” MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilib.

“Sabina P və C” MMC müstəqil hüquqi şəxs olmaqla, “Adore Kompani” MMC ilə heç bir hüquqi bağlantıya malik deyil”, - deyə N.İsmayılova əlavə edib.

*** 15:52

SABİNA parfümeriya və kosmetika mağazaları şəbəkəsi - "SABİNA P AND C" MMC ləğv olunduğunu elan edib.

"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

2004-cü ildə dövlət qeydiyyatına alınmış "SABİNA P AND C" MMC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.