21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Medicare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

***

16:01

Sabunçu rayonunda yerləşən "Medicare" klinikasında ölüm hadisəsi qeydə alınıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl həmin klinikada 53 yaşlı qadın pasiyent plastik əməliyyat zamanı vəfat edib.

Bu hadisədən sonra Səhiyyə Nazirliyi "Medicare" klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, "Medicare" klinikasının direktoru Azər Məhərrəmovdur.

Murad İbrahimli