Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 09 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbdə keçirilib.. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

"Unikal" xəbər verir ki, qəbulda sakinlər tərəfindən qaldırılan 24 məsələdən 4-ü yerində həll olunmuş, 8-i baxılması üçün nəzarətə götürülüb. 5 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib, 7 nəfər isə görülən işlərə görə minnətdarlıq bildirilib. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. 

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.