Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.
 

*** 23:15

Şirvanda neft quyusundan qaz püskürüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda qaz püskürməsi baş verib.

Hadisə yerinə FHN-nin Şirvan YMX-nin texnikası və canlı qüvbəsi cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.

Nuranə Abbasova