“Tərtər işi” ilə bağlı həbs olunan Ziya Kazımov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Bu barədə "Unikal"a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Ziya Kazımov ötən ayın 28-də 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bir neçə il əvvəl də Ziya Kazımova əsassız olaraq cinayət işi açılmışdı. Həmin zaman Ziya Kazımov Prezident İlham Əliyevə müraciət edib və yalnız dövlət başçısının müdaxiləsindən sonra o, ev dustaqlığına buraxılmışdı.