ABŞ yeni addımlar atmalıdır
20:03 26-04-2013
CƏMİYYƏT
ABŞ yeni addımlar atmalıdır
Dağlıq Qarabağ üzrə xüsusi nümayəndənin təyinatına ehtiyac var
Dağlıq Qarabağ probleminin həllində artıq ATƏT-in Minsk qrupu tamamı ilə tükənmiş durumdadır. ATƏT xətti ilə keçirilən son görüşlərdə də aydın oldu ki, artıq bu qurum hadisələrə təsir edə bilmir və aparılan danışıqlar artıq tam iflasa uğrayıb. Çünki hazırda ortada yeniləşdirilmiş Madrid prinsipləri var və bu prinsiplər Ermənistan tərəfindən qəbul edilmir.
Başqa alternativ ideya olmadığından da hansısa yenilikdən danışmaq mümkünsüzdür. Görünür vəziyyətin belə olduğunu daha açıq şəkildə görən Rusiyanın baş diplomatı Sergey Lavrovda bir müddət əvvəl açıqlama verərək dedi ki, Dağlıq Qarabağ probleminin həllindən tezliklə danışmaq düzgün deyil. Belə olan halda ekspertlər hesab edir ki, tək çıxış yolu Ermənistana təzyiqlərin edilməsidir. Amma istər Rusiya , istərsə də Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Ermənistana hansısa formada təzyiq etmək fikrindən çox uzaqdılar. Görünür bunu nəzərə alan Azərbaycan daha yeni və çevik bir həll yolu aramağa başlayıb. Bunu da qeyd edək ki, bu günlərdə ABŞ dövlət katibi də bu məsələyə toxunaraq bildirmişdi ki, bu gün Türkiyənin Dağlıq Qarabağ probleminin həllində böyük rolu ola bilər. Əslində həqiqətən bu gün Türkiyənin regionda böyük təsir imkanları var və bu imkanları Dağlıq Qarabağ probleminin həllinə də yönəldə bilər. Amma Azərbaycan tərəfi hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün ən böyük imkanlar ABŞ-dadır və ABŞ məsələyə daha həssas yanaşmalıdır. Yeni təklifdə məhz bu xarakterlidir.
Vaşinqtonda çap olunan və ABŞ Konqresi başda olmaqla nüfuzlu siyasi dairələrdə yaxından izlənən "The Hill" qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən məqaləsi dərc olunub.
Səfir Süleymanov məqaləsində əvvəlcə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrail və Fələstinə ilk səfəri barədə söz açaraq, həmin səfərin İsrail prezidenti Şimon Peres tərəfindən "tarixi səfər" kimi qiymətləndirildiyini göstərib, İsrail və Fələstinin dostu olaraq Azərbaycanın hər iki xalqı sülh içində görməyi dilədiyini və eyni diləyi Cənubi Qafqaz üçün bölüşdüyünü açıqlayıb.
Azərbaycanın İsrail ilə güclənən münasibətlərinə istinad edən E.Süleymanov həmçinin Fələstin xalqının öz potensialını tam şəkildə gerçəkləşdirməsinin vacibliyini vurğulayıb. O, Yaxın Şərq münaqişəsinin timsalında zaman keçdikcə münaqişə tərəflərinin öz mövqelərinə qapandıqlarını qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin uğurlu həlli üçün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməli olduğunu bildirib və bu xüsusda ABŞ-ı vasitəçi olaraq yüksək səviyyəli, nüfuzlu bir elçi təyin etməyə çağırıb.
Məqaləsində Ermənistanla müharibədən Azərbaycan xalqının çəkdiyi acıları xatırladan E.Süleymanov bir milyona yaxın mülki azərbaycanlı əhalinin öz mülklərindən məhrum edilərək, qaçqın və məcburi köçkünə çevrildiyini amerikalı oxucuların diqqətinə çatdırıb və Azərbaycan torpaqlarının 20 ildən artıq erməni işğalı altında qaldığını vurğulayıb. O, bütün bu haqsızlıqlara baxmayaraq, Azərbaycanın bölgəyə sülhün danışıqlar və beynəlxalq təsisatların yardımı vasitəsilə gətiriləcəyinə hələ də inandığını göstərərək, bir daha Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında beynəlxalq ictimaiyyətin fəal iştirakına ehtiyac duyulduğunu bəyan edib.
Səfir eyni zamanda Azərbaycanın surətli iqtisadi inkişafı, eləcə də Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi uğurlu regional layihələrin bölgədə sülhün potensial dividentləri ilə yanaşı, Ermənistanın davam edən düşmənçilikdən itirdiyi fürsətləri nümayiş etdirdiyini qeyd edib.Çox maraqlıdır ki, hazırda ABŞ analitiklərinin də çoxu hesab edir ki, ABŞ Dağlıq Qarabağ probleminin həllinə daha çox təsir edə bilər və Rusiyanın prosesdə ki, rolunu minimuma endirmək gücündədir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22