Dəriyə qulluqdan yaddaşa, mədədən baş ağrısına qədər ləzzətli sıx dadı və qoxusu ilə bir çox faydası olan rozmarin çayı haqqında bilməli olduğunuzu bir araya topladıq...

"Unikal" rozmarin çayının faydaları və zərərləri haqqında məlumatları təqdim edir:

1. Həzm sistemi üçün faydalıdır - İltihab əleyhinədir. Mədə xorası, həzmsizlik və bağırsaq problemləri üçün təbii vasitə kimi istifadə olunur.

2. Xərçənglə mübarizə aparır - Rozmarin tərkibində olan karnosol, rozmarinik, betulinik və karnozik turşu kimi maddələr xərçəngə qarşı qoruyucudur. Lösemi, dəri, döş, qaraciyər, prostat, sidik kisəsi, yumurtalıq, yoğun bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənginə qarşı mübarizə aparır. Kimyaterapiya zamanı həkimlə məsləhətləşərək istifadə edilə bilər.

3. İmmunitet sistemini gücləndirir - Antioksidan xüsusiyyətləri sayəsində orqanizmdə immun sistemini dəstəkləyən və bir çox xəstəliyə qarşı qoruyan bir müdafiə xətti yaradır.

4. Sinir sistemini qoruyur- Tərkibindəki karnozik və rozmarin turşuları sayəsində neyronlarda meydana gələ biləcək pozulmaların qarşısını alır. Alzheimer, demans və Parkinson kimi xəstəliklərin qarşısının alınmasında çox faydalıdır. Diqqəti təmin edir.

5. Sidikqovucudur - Bədəndən suyun xaric olmasını sürətləndirir, bununla da artıq yağların və duzların bədəndən daha asan çıxarılmasına kömək edir. Tiroid disfunksiyası olan xəstələrdə görülən uremiyanın yaxşılaşdırılmasında da faydalıdır.

Rozmarinin digər faydaları;

- Baş ağrılarına yaxşı gəlir.

- Tənəffüs yollarına faydalıdır və burun tıkanıklığını aradan qaldırır.

- Antiseptik xüsusiyyətləri sayəsində ağız boşluğunda yaranan yaraların daha tez sağalmasını təmin edir.

- Qəbizlik problemini həll edir.

- Qan dövranını sürətləndirir və qışda bədəni daha isti saxlayır.

- Arıqlamağa kömək edir.

Gülayə Mecid