Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan həbs edilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, dünən gecə restoranlardan birində baş verən kütləvi davada iştirak edən general, hadisədən sonra hotellərdən birində gizlənib.
10-a yaxın şəxs arasında baş verən mübahisə zamanı Baş Qərargah rəisinin sabiq müavini Tiqran Xaçatryan ona təhkim edilmiş silahla atəş açıb. Nəticədə Qarabağ ermənisi Hrayr Mnatsakanyan güllə yarası ilə xəstəxanaya çatdırılıb.
***12:28
Ermənistanın Kotayk bölgəsində fəaliyyət göstərən restoranlardan birində mübahisə baş verib, atəş açılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, mübahisə edənlər arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan da olub.
Kütləvi davada bir neçə nəfər xəsarət alıb. Saxlanılanlar var.
Ağarza Elçinoğlu