Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan gömrük xidməti sədrinin müavini Karen Tamazyan bildirib.

"Gömrük texniki vasitələri, pasport nəzarəti, eləcə də sərhəd mühafizəsi baxımından sərnişinlərə lazımi xidmət göstərmək üçün bütün infrastrukturlar hazırdır”, - deyə Karen Tamazyan qeyd edib. 

1993-cü ildə Türkiyə birtərəfli qaydada Ermənistanla hava və quru sərhədlərini bağlayıb. Ermənistan və Türkiyə 2021-ci ilin dekabrında münasibətlərin normallaşması üçün aydın addımlar atmağa hazır olduqlarını bəyan ediblər. 

Ağarza Elçinoğlu