"İran daim  husilərin əsas dayağıdır”

"Unikal" xəbər verir ki, Bayden hökumətinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi ABŞ və Britaniyanın Yəməndə İranın dəstəklədiyi Husilərin mövqelərinə hava hücumlarına başlamasından bir neçə saat sonra Husilərin bütün hücumlarının Tehranda koordinasiya edilib-edilməməsi ilə bağlı suala cavab olaraq deyib:

“İran hökuməti həmişə husilərin tərəfdarı olub və deməliyəm ki, elə əsas dəstəkçi də İran hökumətidir. Vurğulamalıyam ki, İran bu hücumlarda operativ iştirak edərək onlara məlumat ötürüb, yəni İran husilərə bu hücumları həyata keçirmək üçün imkanlar yaradıb. Ona görə də, biz hesab edirik ki, İran bu məsələnin hər bir anında iştirak edib”.