Kolumbiyanın Çoco inzibati bölgəsində magistral yolda torpaq sürüşməsi baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sürüşmə nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

Qubernator Andres Julian Rendon hələ çox sayda insanın yerin altında qaldığını bildirib.

Ağarza Elçinoğlu