Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmirlər.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Təəssüf ki, bu vaxta kimi Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışıb. Həm Ermənistanda, həm Azərbaycanda, həm də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, - Paşinyan bildirib.