İsrailin müdafiə naziri Yoav Gallant ölkənin baş naziri Binyamin Netanyahu ilə münaqişədən sonra Tel-Əvivdəki Kirya hərbi bazasında hərbi kabinetin iclasını tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşrin məlumatına görə, Qalant Netanyahunun köməkçilərinin iclasda iştirak etməsinə baxmayaraq, köməkçilərinin görüşə buraxılmamasından narazı qalıb.

Qəzəbli Qalant Netanyahuya və Milli Təhlükəsizlik müşaviri Tzachi Hanegbiyə iclası tərk etməzdən əvvəl "işimə müdaxilə etməyi dayandırın" deyib.

Qeyd olunur ki, Qalant daha sonra geri qayıdıb və yalnız hərbi kabinet üzvlərinin iştirak etdiyi iclasın qapalı hissəsində iştirak edib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının şimalında hərbi əməliyyatların yeni mərhələsinə hazırlığını açıqlayıb .