CHP Sinop millət vəkili Barış Karadeniz idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkət edən mikroavtobusla toqquşub. Qəzada CHP millət vəkili Karadeniz, avtomobildə olan köhnə CHP Antalya millət vəkili Çətin Osman Budak və mikroavtobusda olan 2 nəfər yüngül yaralanıb.
 

"Unikal" xəbər verir ki, qəza axşam saatlarında Sinop-Samsun avtomobil yolunun Dəmirci kəndi ərazisində baş verib. CHP Sinop millət vəkili Barış Karadenizin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkətdə olan SA-nın idarə etdiyi mikroavtobusun arxasına çırpılıb.

Qəzada Barış Karadeniz, köhnə CHP Antalya millət vəkili Çətin Osman Budak, mikroavtobus sürücüsü SA və yanındakı bir nəfər yüngül yaralanıb. Xəsarət alanlar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma davam edir.