Hindistanın XİN başçısı husilərə qarşı hücumlardan sonra Tehrana gedir.

"Unikal" xəbər verir ki, Hindistanın xarici işlər naziri Subramaniam Caişankar, İrana bağlı Husi qruplaşmasının Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən Yəmən husilərinə qarşı ABŞ və Britaniyanın hava hücumlarından sonra bu gün Tehrana iki günlük səfərə gedəcək.

Məlumata görə, Caişankarın səfəri Hindistanın ərazi suları yaxınlığındakı gəmiyə İrandan atılan dron hücumundan bir ay sonra baş tutur. 

Qeyd olunub ki, ABŞ-ın İranı günahlandırdığı dron hücumunu Tehran təkzib edib.