Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında hücuma cəhd edən ümumilikdə 7 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.

"Unikal" xəbər verir ki, Nazirliyin sosial media hesabından edilən açıqlamada "Mehmetçik xəndəklərə sızmağa cəhd edən terrorçuları basdırmağa davam edir. Suriyanın şimalında hücuma cəhd edən 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib". -deyə qeyd olunub.