ABŞ Dövlət Departamentinin Korrupsiyaya Qarşı Mübarizə üzrə koordinatoru Riçard Nefyu yanvarın 15-dən 18-dək Ermənistan və Gürcüstana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nefyu İrəvan və Tbilisidə hökumət nümayəndələri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.