Fransa yanlış təsvirlərə görə on milyonlarla sikkəni məhv edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ildə buraxılmış 10, 20 və 50 avro sent nominalında 27 milyon sikkə dəsti əridilməli olub. Buna səbəb sikkələrdə Aİ-yə üzv dövlətləri simvolizə edən ulduzların düzgün təsvir edilməməsidir.
Dizayn Avropa Komissiyası tərəfindən təsdiqlənməyib.
Sikkələrin yenidən zərb edilməsi xərcləri zərbxana tərəfindən qarşılanacaq.
Yeni sikkələr bu ilin yazında təqdim olunacaq.