Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Davosda keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin dondurulmasına razı deyil.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, prezident Zelenski və komandası heç vaxt münaqişənin dondurulması ilə razılaşmayıblar.

“Bu, Ukrayna cəmiyyəti və təbii ki, prezident və onun komandası üçün qəbuledilməzdir”, - deyə Yermak bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Qərb Ukraynadan münaqişəni dondurmağı tələb etmir.