İstanbulun Sultanbəyli rayonunda özəl şirkətin iş yerində çalışan işçilərin qaldığı konteynerdə yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb. Ağır yaralanan 2 işçi təcili yardımla xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Ağarza Elçinoğlu