Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış baş verib. Hadisə zamanı 7 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, məlumata əsasən, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb.

Həyatını itirən şəxslərdən biri, 35 yaşlı Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kənd sakini Sərrac Yusubovdur.