Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
"Unikal" xəbər verir ki, keçirilən müvafiq tədbirləri nəticəsində 5 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov və döyüş silahlarını polisə könüllü təhvil veriblər. Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır.
Təqdim edilən 1 ədəd “Kalaşnikov” avtomatı və 4 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz ov ilə məşğul olan Ə. Yusifov və S. Kazımov rayonun Balakürd kəndi ərazisində saxlanılıb. Hər iki şəxs barəsində inzibati məsuliyyətə cəlb olunub. Bu istiqatdə tədbirlər davam etdirilir.