Almaniya "Herta"sının prezidenti Kay Bernşteyn 43 yaşında qəflətən dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Bernşteyn 2022-ci ilin iyulundan “Herta”nın prezidenti vəzifəsini icra edib. Bundan əvvəl o, “Herta”nın ən böyük fan-klubunu “Berlin Harlequins 98”i yaradanlardan biri olub.
Qeyd edək ki, "Herta" bu mövsüm ikinci Bundesliqada çıxış edir. 17 turdan sonra Berlin klubu 25 xal toplayıb və 7-ci yerdədir.