Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı futbolçusu Kərim Benzema Fransanın daxili işlər naziri Cerald Darmaneni “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham etdiyi üçün məhkəməyə verib.
"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
2023-cü ilin oktyabrında Darmanen, CNEWS telekanalında açıqlamasında Benzema haqqında "hər kəsin bildiyi kimi, onun "Müsəlman Qardaşları" ilə əlaqələri var" demişdi.
Darmanenin ofisindən isə bildirilmişdi ki, onlar bir neçə ildir ki, “Kərim Benzemanın mövqeyinin sərt İslama doğru yavaş-yavaş "sürüşməsini” və islam normalarının onun həyatının müxtəlif sahələrinə, o cümlədən idmana yayılmasını müşahidə edirlər.