Dominikan Respublikası dörd günlük iş həftəsi planı üçün hərəkətə keçib. 

"Unikal" xəbər verir ki, hökumət işçilərin həftədə 44 saat əvəzinə 36 saat işləməklə eyni maaş alacağını açıqlayıb. 6 aylıq pilot tədqiqatda ölkədə fəaliyyət göstərən bir çox şirkət iştirak edəcək.

Könüllüliyə əsaslanan təcrübə fevral ayında başlayacaq və işçilər həftə sonu ilə yanaşı cümə günü də istirahət edəcəklər.

Əmək naziri Luis Miguel de Kamps həftəlik iş vaxtının azaldılmasının işçilərin sağlamlığı və dincliyi üçün çox əhəmiyyətli olduğunu və bunun davamlı istehsalı təmin edəcəyini bildirib. 

Həftədə 4 saat işləmək təcrübəsi əvvəllər İngiltərə, Belçika və İspaniya kimi ölkələrdə sınaqdan keçirilmişdi. 

Gülayə Mecid