"Bayer"in yarımmüdafiəçisi Qranit Caka İsveçrədə 2023-cü ilin ən yaxşı oyunçusu seçilib.

"Unikal" xəbər verir ki, 31 yaşlı futbolçu karyerasında ardıcıl 2-ci, ümumilikdə isə üçüncü dəfə bu mükafata layiq görülüb. O, 2017 və 2022-ci illərdə də ən yaxşı seçilib.

Qeyd edək ki, Caka 2023-cü ilin yayından "Bayer"də oynayır. Bu mövsüm o, 24 oyun keçirib və 1 qolun ötürməsini verib.