Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya və biznes nümayəndələri açıq şəkildə Ukraynaya dəstəyini ifadə edir və xarici yardımın azaldılmasından narahat olduqlarını bildirirlər, lakin şəxsi söhbətlərində hərbi əməliyyatların diplomatik şəkildə dayandırılmasında israr edirlər.

"Unikal" xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb. 

Qeyd olunur ki, müxtəlif Avropa ölkələrinin həm rəsmiləri, həm də biznes mühitinin nümayəndələri münaqişənin diplomatik kanallar vasitəsilə həlli ideyasını irəli sürür və hətta Kiyevin “Moskva ilə birbaşa dialoqa qayıda biləcəyini” bildiriblər.