“Hərbi qulluqçuların statusu haqqında” qanun üzərində yenidən işlənilir.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov deyib. 

Onun sözlərinə görə, dəyişiklik layihəsi rəy verilməsi üçün Müdafiə Nazirliyinə göndərilib.

“Azərbaycanın suverenliyinin təmin edilməsi, ərazi bütövlüyümüzün tam təmin edilməsi, eləcə də hərbi qulluqçuların sosial müdafiə məsələləri ilə bağlı bir sıra məsələlər yenidən aktuallıq kəsb edir. Odur ki, qanuna yeni dəyişikliklər üzərində işlənilir. Hesab edirəm ki, yaz sessiyası müddətində həmin dəyişikliklər qəbul ediləcək”, - Z.Əsgərov vurğulayıb.

Anar Kəlbiyev