ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında Ağ Evin əslində qocalar evi olduğunu əks etdirəm ironik video yayımlayıb. 

"Unikal"  xəbər verir ki, Tramp Baydeni Ağ qocalar evinin sakini kimi təqdim edərək onu məsxərəyə qoyub. 

Belə ki, videoda ABŞ-nin hazırkı prezidenti Co Bayden komik şəkildə bu “qocalar evinin” sakini kimi göstərilir. 

"Ağ qocalar evinin sakinləri 24 saat peşəkar qulluq və evdə bişirilən ləzzətli yeməklərlə təmin olunurlar", səsdə  deyilir.  

 Tramp daha əvvəl "ABŞ-ni axmaqlar idarə edir", -  deyə açıqlama vermişdi. 

Gülayə Mecid