Pakistanla sərhəddən İrana daxil olmaq istəyən terrorçularla toqquşma yaşanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qarşıdurmada terror qruplaşmasının üzvlərindən biri öldürülüb, ikisi isə yaralanaraq qaçıb. Qeyd edək ki, İran ötən gün Pakistan ərazisinə raket zərbələri endirib.