Pakistan öz səfirini İrandan geri çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, rəsmi İslamabad Tehranın zərbələrini qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı "terror qruplaşmaları" olub.